Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
sizinxeber.az xəbər saytı

Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib


İranın müvəqqəti işlər vəkili Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb.

"Kuwait Times"ın xəbərinə görə, iranlı diplomata Tehranın hərəkətləri ilə bağlı rəsmi etiraz bildirilib.

Eyni zamanda, Küveyt hakimiyyəti İrandakı diplomatik nümayəndəliyin əməkdaş sayını azaldıb, iki iranlı diplomatı “persona-non grata” elan edib və onların 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Qərar İranın Küveytə hava zərbələri ilə bağlı qəbul edilib.

Küveyt Müdafiə Nazirliyi İran tərəfindən buraxılan 13 ballistik raket və 17 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, raket qalıqları yaşayış məntəqələrinə düşüb.

Nazirliyin sözçüsü Səud Əbdüləziz əl-Otaibi hücumu “İranın cinayətkar təcavüzü” adlandıraraq, Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki obyektlərin hədəf alındığını qeyd edib.

Məlumata görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir nəfər ölüb, 60-dan çox insan yaralanıb və ciddi maddi ziyan dəyib.

Rəsmi Tehran isə Küveyt və Bəhreynin ABŞ-ın İrana hücumlarına görə birbaşa məsuliyyət daşıdığını bildirir.

Oxşar xəbərlər

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, 60-dan çox yaralı var - FOTO - YENİLƏNİB-1
İsrail BMT-nin baş katibini “persona non-grata” elan edib
Ceyhun Bayramov Küveytə rəsmi səfər edib
İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib
İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər