Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB


“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.

Bunu Sizinxeber.az-nın Rusiya bürosuna Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.

Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu deyib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkir”.

Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.

Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.

***

13.52

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.

Bunu Sizinxeber.az-nın Rusiya bürosuna açıqlamasında Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır.

Yaralı Azərbaycan vətəndaşları da Sizinxeber.az-nın Rusiya bürosuna açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Azərbaycan Rusiyadakı Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.

Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib. Qeyd olunub ki, onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red.) xəstəxanadan buraxılma prosesi bir müddət uzanacaq.

Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunması üzərində işləyir.

Oxşar xəbərlər

Azov dənizində gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı dördə çatıb
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb - FOTO
Aviaqəzada yaralanan: Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Ukrayna Ombudsmanı: Ölkəmizdə müharibədə itkin düşmüş Azərbaycan vətəndaşları var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər