MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
14:30
0
0
1 772
ff aaaaaaa

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib

08 in, 2026
14:30
1 772

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) "MEDİA Könüllüləri" proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Agentliyin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.

O, proqramı uğurla yekunlaşdıran könüllülərin Agentliyin müxtəlif layihə və tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib, əldə olunan təcrübənin gələcək peşə fəaliyyətlərində gənclər üçün mühüm üstünlük olacağını qeyd edib.

Növbəti - onuncu könüllülük proqramının iştirakçıları ilə tanışlıq olub, proqramın fəaliyyət istiqamətləri, nəzərdə tutulan təlimlər və qarşıdakı dövr ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib. İştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda "MEDİA könüllüləri" Proqramını müvəffəqiyyətlə başa vuran 42 gəncə sertifikatlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul