İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, ciddi xəbərdarlıq olunub
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Oxşar xəbərlər
İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, təxribatlara son qoyulması tələb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstraliyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











