İranda banklara növbəti kiberhücum olub
İranda banklara növbəti kiberhücum olub.
Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, kiberhücum üç dövlət bankının kart xidmətlərində fasilələrə səbəb olub.
İranda bir neçə əsas banka qarşı ötən günlərdə həyata keçirilən kiberhücumlardan sonra bu gün baş verən yeni hücumlar bank xidmətlərində yenidən problemlər yaradıb. İranın İnformatika Xidmətləri Şirkətindən bildirilib ki, kiberhücumlar nəticəsində "Milli Bank", "Saderat Bankı" və "Tejarət Bankı"nın kart əsaslı sistemlərində yaranmış problemlərlə əlaqədar müştərilərin məlumatlarının və vəsaitlərinin qorunması məqsədilə bu üç bank üzrə bütün kart xidmətləri müvəqqəti dayandırılıb.
Bununla əlaqədar hazırda həmin bankların kartlarından, bankomatlardan (ATM), POS terminallarından və kart xidmətlərinə qoşulan mobil tətbiqlərdən istifadə mümkün deyil.
Məlumatda qeyd olunub ki, texniki qruplar və kibertəhlükəsizlik üzrə mütəxəssislər problemi aradan qaldırmaq və sistemlərin mümkün qədər qısa müddətdə normal fəaliyyətini bərpa etmək üçün çalışırlar.
Qeyd edək ki, ötən həftə də İranda bir neçə banka qarşı həyata keçirilən kiberhücumlar onların fəaliyyətində fasilələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Kiberhücumlar nəticəsində alman şirkətləri 267 milyard avro itirib
Bu ilin üçüncü rübündə dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib
RİNN: İnternetlə bağlı problemin səbəbi kiberhücum olub
Ötən il Azərbaycanda internetə 70 mindən çox bank kart məlumatı sızdırılıb
“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
