İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
Ukrayna Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar çağırıb.
"Sizinxeber.az" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Belə ki, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzəgara Rusiyanın ballistik raketlərlə təmin edilməsi barədə məlumatın təsdiqlənəcəyi təqdirdə nəticələr barədə sərt xəbərdarlıq edilib. İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlardan Ukrayna tərəfinin dərin narahatlığı ifadə edilib.
Xatırladaq ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, Rusiya İrandan qısamənzilli ballistik raketlər alıb. İran BMT-də Rusiyaya raket ötürülməsini təkzib edib. Lakin daha sonra İran deputatı Əhməd Bəxşayeş Ərdestani Tehranın Rusiyaya raket verdiyini təsdiqləyib. O qeyd edib ki, bu, barter müqaviləsinin bir hissəsi olub. Sövdələşmənin digər hissəsi dronların tədarüküdür. Bu gün Aİ-də bildirilib ki, İranın Rusiyaya ballistik raketlər tədarük etdiyini təsdiqləyən kəşfiyyat məlumatları var.
Oxşar xəbərlər
Rusiya İrandan ballistik raketlər alacaq
Aİ müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib
KİV: İran Rusiyaya 200 ədəddən çox ballistik raket göndərib
İran Rusiyaya silah vermədiyini iddia edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
