Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb


Almaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb ötən gün Almaniya hökumətinin İranın üç konsulluğunun bağlanması barədə göstəriş verməsi olub.

"İran konsulluqlarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar əsassızdır", - İran XİN-dən bildirilib.

Qeyd edilib ki, bu, İran vətəndaşlarını konsulluq xidmətlərindən məhrum edir.

Frankfurt-Mayn, Hamburq və Münxendəki İran konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara zəruri konsulluq xidmətlərinin göstərilməsi və qəbul edən ölkədə onların maraqlarının müdafiəsidir.

Xatırladaq ki, Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.

Oxşar xəbərlər

Almaniya səfiri İran XİN-ə çağırılıb
Almaniya və Avstriya səfirləri İran XİN-ə çağırılıb
İran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya İrandakı səfirini geri çağırıb
Dörd Avropa ölkəsinin səfiri İran XİN-ə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle