"Media könüllüləri" proqramına yenidən qeydiyyat başlayıb
sizinxeber.az xəbər saytı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başlayıb


"Media könüllüləri" proqramına yenidən qeydiyyat başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Agentliyin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər linkə daxil olaraq qeydiyyatdan keçməlidir.

3 ay müddətində davam edəcək "MEDİA könüllüləri" Proqramını uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Agentlik tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 5 apreldir.

Oxşar xəbərlər

MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
APA Jurnalist Məktəbi yaradılıb
Agentlik rəhbəri: Ənənəvi media süni intellektin yaratdığı imkanları və riskləri dəqiq dəyərləndirməlidir
Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər