“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Bu gün Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə layihə sazişi imzalanıb.
Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində maliyyə naziri Sahil Babayev kredit vəsaitinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq geniş hazırlıq işlərinin həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, bu, son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan ən mühüm maliyyə layihəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kreditdir.
Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmələrin aparıldığını, texniki-iqtisadi əsaslandırmanın işləndiyini və nəticədə layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiq edildiyini qeyd edib. Eyni zamanda, cənab Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam uyğun olduğunu vurğulayıb.
Qeyd edək ki, 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il müddətinə imzalanmış sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təminatına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin fərdi avtomobillərdən metro nəqliyyatına keçidini stimullaşdırmaqla, karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Bakı Metropoliteninin Genişləndirilməsi üçün AİİB ilə 180 milyon dollarlıq kredit sazişi imzalanıb
Asiya İnfrastruktur İnvestisiya Bankı “Bakı Metropoliteni”nə kredit verəcək
Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır
ADB "Bakı Metropoliteni"nin genişləndirilməsi üçün texniki yardımı təsdiqləyib
Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
