Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
sizinxeber.az xəbər saytı

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var


Amsterdamda (Niderland) idman zallarının birində baş verən partlayış və yanğından sonra axtarış-xilasetmə işləri davam edir.

"Report" NOS portalına istinadən xəbər verir ki, dağıntılar altında insanlar qalıb.

Lakin onların dəqiq sayı məlum deyil.

Axtarış-xilasetmə işlərinə xidməti itlər və dron cəlb edilib. Yanğın lokallaşdırılıb, lakin onu tam söndürmək mümkün olmayıb.

Qeyd edilib ki, çökmə təhlükəsinə görə binanın kran vasitəsilə sökülməsi qərara alınıb.

Polis nümayəndəsi bildirib ki, işlər daha bir neçə saat çəkə bilər.

"Əməliyyat çox vaxt aparacaq, çünki biz binanı demək olar ki, kərpic-kərpic sökməyə çalışırıq. Proses saat 18:00-a qədər davam edə bilər", - o qeyd edib.

Partlayış dünən gecə yarısı radələrində baş verib və dağıntılar altından yeddi nəfər yaralı vəziyyətdə çıxarılıb. Polisin məlumatına görə, onlardan ikisi ağır xəsarət alıb.

Oxşar xəbərlər

Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2
Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb
Hindistanda fabrikdə partlayış baş verib, 13 nəfər ölüb - YENİLƏNİB
Hindistanda elektrik stansiyasında partlayış baş verib, 10 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər