Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Bu layihədə məqsəd uşaqların sağlamlığını və psixikasını təmin etməkdir.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Nazir müavini bildirib ki, aparılan araşdırmalar sosial şəbəkələrdən istifadənin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir: “Bir çox ölkələrdə uşaq və yeniyetmələrin sosial şəbəlkələrə çıxışının qanunvericilik müstəvisində tənzimlənməsinə keçid edilib. Avropa ölkələri, ABŞ, Çin buna keçib. Çində bu tənzimləmələrdən sonra maraqlı nəticələr əldə edilib, ekran qarşısında keçirilən vaxt 10 %-dən çox azalıb”.
Nazir müavini nəzarətin çətiliyinə də toxunub: “Uşaqlar çox vaxt nəzarətdən yayına da bilirlər. Avstraliyada yeniyetmələr bu qadağalarla bağlı Ali Məhkəməyə müraciət ediblər. Belə təcrübələr də var. Biz nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa çalışııq. Hazırda məktəblərdə uşaqların TikTok-a çıxışı bloklanıb. Üumiyyətlə, məktəblərdə uşaqlareın internetə çıxışına filter tətbiq edilir, 200-dən çox zərərli videolara məhdudiyyətlər qoyulub”.
Oxşar xəbərlər
16-18 yaş qrupu üçün sosial mediadan istifadə qaydası müəyyən olunur
Nazir müavini Firudin Qurbanov Ağalı və Cəbrayılda tədris prosesi ilə tanış olub
Nazir müavini Firudin Qurbanov Göygöldə olub
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
