Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
20:00
ff aaaaaaa

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

10 in, 2026
20:00
916

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

Orta Dəhliz nəqliyyat marşrutundan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələri birləşdirən strateji geoiqtisadi sistemə dərin keçid mərhələsindədir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır. "Orta Dəhlizin vacib əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının vacib bir ölçüsü də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəlidir. Yaranmaqda olan Zəngəzur dəhlizi getdikcə Orta Dəhlizin strateji seqmenti kimi qəbul edilir. O, Şərq-Qərb əlaqəsini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada Avropa ölkələri ilə birbaşa əlaqəsini gücləndirmək potensialına malikdir", - Prezidentin köməkçisi əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul