Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması qaydaları təsdiq edilib
"Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları” təsdiq edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, infrastrukturun saxlanmasının və ondan istifadənin idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi tərəfindən həyata keçirilir.
Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır.
İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər.
İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.
İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir.
Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılır.
İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər arasında bağlanılan müqavilə əsasında göstərilir.
İnfrastrukturdan istifadə edən subyektlər:
- infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli;
- ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli;
- infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli;
- infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir.
İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.
Oxşar xəbərlər
"Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydaları" təsdiq edilib
Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları təsdiq edilib
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifələri artırılıb
“TransLogistica Caspian” sərgisində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
-
Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
