Report Media Məktəbinin 18-ci qrupu təlim proqramına qoşulub
"Sizinxeber.az" İnformasiya Agentliyində (İA) fəaliyyət göstərən Sizinxeber.az Media Məktəbinin sayca 18-ci qrupu yeni təlim proqramına qoşulub.
“Sizinxeber.az” xəbər verir ki, müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcəklər. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
“Sizinxeber.az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, təlim dövründə xəbərin jurnalistika standartlarına uyğun hazırlanmasının tədris edilməsi prioritet işlərdən biridir:
“Agentlikdə xəbərin məhz standartlara uyğun hazırlanmasına daim can atırıq. Deməli, təlimə qoşulan tələbələr də xəbəri bu yöndə yazmalıdırlar. Bu prosesə məsuliyyətli yanaşmaqla daha uğurlu nəticə qazana bilərsiniz. Jurnalistika peşəsinə yiyələnmək asan iş deyil. Bu, hər bir tələbədən daha artıq güc sərf etməyi tələb edir”.
Sizinxeber.az Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu bu qrupda təlimin rus dilində keçiriləcəyini vurğulayıb:
“Sizinxeber.az” İnformasiya Agentliyinin xarici dillərdə olan şöbələrində daim istedadlı və peşəkar kadrlara tələbat duyulur. Sizinxeber.az Media Məktəbinin bu qrupunu formalaşdırarkən rus dilini yüksək, ingilis dilini orta səviyyədə bilən şəxslərə üstünlük vermişik. Qrupa həm müxtəlif ali təhsil ocaqlarının tələbələri, həm də jurnalistikaya marağı olan digər sahələrin nümayəndələrini cəlb etmişik. Media sahəsinə həvəsli olmaq ən vacib şərtlərdən biri olub”.
Sizinxeber.az Media Məktəbi 2018-ci il iyunun 13-dən göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Sizinxeber.az Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Oxşar xəbərlər
"Azercell" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Report Media Məktəbində 17-ci qrupun təlim proqramı yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"SOCAR AQŞ"nin Bakı Qazma Məktəbi bp ilə Üçillik Müqavilə imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstraliya nüvə sualtı qayıqları üçün təlim proqramına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












