AMB ötən il bazar iştirakçılarını 644 min manat cərmələyib
sizinxeber.az xəbər saytı

AMB ötən il bazar iştirakçılarını 644 min manat cərmələyib


2025-ci ildə Azərbaycan Mərkəz Bankı (AMB) bazar iştirakçılarını 644 min manat cərmələyib.

"Report" bu barədə qurumun illik idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, il ərzində 3 bank, 9 bank olmayan kredit təşkilatı, 4 ödəniş və 3 elektron pul təşkilatı, 1 valyuta mübadiləsi məntəqəsi, 1 investisiya şirkəti və "Azərpoçt" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi əsasında cərimə tətbiq edilib. Bu tədbirlər maliyyə sektorunda hüquqi tələblərə əməl olunmasının təmin edilməsi və gələcəkdə analoji pozuntuların qarşısının alınması baxımından önəm daşıyır.

Bundan başqa, hesabat ilində AMB nəzarət funksiyalarının icrası çərçivəsində maliyyə institutlarında ƏL/TMM Qanununun tələblərinə əməl olunmasına dair yoxlamalar aparıb. Bu yoxlamalar maliyyə sistemində şəffaflığın təmin olunması, qanunvericiliyə uyğunluğun nəzarətdə saxlanılması və cinayətkarlıq risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Nazirlik 27 vəzifəli şəxsi cərimə edib
"Bir Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
Maliyyə Nazirliyi: Ötən il dövlət təşkilatlarında yoxlamalar zamanı 19 milyon manatdan artıq və əsassız ödənişlər aşkar edilib
Azərbaycan Mərkəzi Bankı iki investisiya şirkətinə icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər