İslam İnkişaf Bankının dəstəyi ilə azad olunmuş ərazilərdə magistral kanalın tikintisinə başlanır
sizinxeber.az xəbər saytı

İslam İnkişaf Bankının dəstəyi ilə azad olunmuş ərazilərdə magistral kanalın tikintisinə başlanır


Uzunluğu 52 km, suburaxma qabiliyyəti isə saniyədə 50 kubmetr olan Qız Qalası magistral kanalının yaxın gələcəkdə İslam İnkişaf Bankının dəstəyi ilə tikintisinə başlanılması planlaşdırılır.

Sizinxeber.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.

Onun sözlərinə görə, hazırda kanalın tikintisi üçün torpaqayırma işləri aparılır. Layihənin həyata keçirilməsi ilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş 12 min hektar sahəsinin suvarma suyu ilə təmin edilməsi, həmçinin Araz çayı boyunca Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına qismən təsir edəcək.

Oxşar xəbərlər

Azad edilən ərazilərdə 80 min hektarın suvarma suyu ilə təmin olunması nəzərdə tutulur
Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək
Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur
Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansına tam inteqrasiya olunur
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər