Zahir Oruc: "Kəndlərdə yaşayışı stimullaşdıracaq xüsusi tarif siyasətinə ehtiyac var"
Azərbaycanın kəndlərində yaşayışı stimullaşdıracaq xüsusi tarif siyasətinə ehtiyac var.
"Sizinxeber.az" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, daxili miqrasiya məsələsi xüsusi diqqət tələb edir: "Prezident İlham Əliyev kənd təsərrüfatına həsr olunan müşavirədə bu problemə xüsusi toxunub. İnsanların kənddən şəhərə axını davam edir, kənd məktəbləri və tibb məntəqələri istifadəsiz qalır, minlərlə hektar torpaq sahəsi isə tam potensialı ilə istifadə olunmur. Bu baxımdan sərhəd və dağ kəndləri üçün xüsusi tarif siyasətinin tətbiqi vacibdir. Elektrik enerjisi, qaz, su və internet xidmətləri üzrə güzəştlərin artırılması həmin ərazilərdə yaşayışı daha cəlbedici edə bilər. Əks halda, paytaxtda mənzil, əmək bazarı və infrastruktur üzərində təzyiq daha da artacaq".
Oxşar xəbərlər
Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq"
Azər Əmiraslanov: "Büdcənin icrası ilə bağlı müzakirələr məhsuldar olub"
Zahid Oruc: "İpoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır"
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Deputat: "Lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
