Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib


Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sizinxeber.aznın xəbərinə görə, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.
Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.
Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozu 2,2% üstələyib
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
Parlamentdə 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib - YENİLƏNİB
2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər