Nazir: "İcmal büdcənin qeyri-neft baza kəsiri azalıb"
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 17,6 % təşkil edib ki, bu da ötən eyni dövrü ilə müqayisədə təxminən 2 faiz bəndi azdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.
"Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.
Biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, neft və yaxud qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti üzrə proqnoz açıqlayıb
Azərbaycan yaxın 5 ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətini 11 %-ə endirəcək
Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 %-dən çox artıb
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
