Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
sizinxeber.az xəbər saytı

Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir


Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyasında iştirak edirlər.

Bu barədə "Sizinxeber.az"a MOK-dan məlumat verilib.

İki gün davam edəcək tədbirə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkə MOK-larının rəsmiləri qatılıblar. Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq.

İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinləniləcək.

Baş Assambleya zamanı həmçinin "Ən yaxşı avropalı gənc atlet" üçün nəzərdə tutulan 14-cü "Pyotr Nurovski" mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçiriləcək.

Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin "Olimpiya çələngi" mükafatı öz sahibinə təqdim olunacaq. Bundan başqa, iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinləniləcək. İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.

İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Milli Olimpiya Komitəsinin iki üzvü AOK-un müxtəlif komissiyalarına üzv seçilib
MOK rəsmiləri Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında iştirak edirlər
BOK prezidenti Kirsti Koventri ilə Bakı səfəri və əməkdaşlıq imkanları müzakirə olunacaq
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub
Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər