Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib


2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib.

Bundan başqa, sədr deyib ki, bu il ilk dəfə qurum dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışıb: "2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır".

Oxşar xəbərlər

Azərbaycanın müstəqillik tarixində ilk dəfə icmal büdcənin 6 komponentindən 5-i profisitli olub
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Sahil Babayev: "Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manat üstələyib"
Hesablama Palatası: Büdcə vəsaitlərinin istifadəsinə dair hesabatlarda kənarlaşmalar müəyyən olunub
Maliyyə naziri: "Ötən il cari xərclərin 92 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər