Maliyyə naziri: "Ötən il cari xərclərin 92 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"
2025-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin xərcləri proqnozun 93,2 %-i qədər və yaxud 38,6 milyard manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 milyon manat və yaxud 2,4 % çoxdur. "Bütövlükdə, ötən 5 ildə büdcə xərcləri 11,2 milyard manat və yaxud 41 faiz artıb. Strukturuna görə xərclərin 22,1 milyard manatı və yaxud 57,3 %-i cari xərclər, 14,4 milyard manatı və yaxud 37,3 %-i əsaslı xərclər, 2,1 milyard manatı və yxuda 5,4 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərdir".
Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 %-nin və yaxud 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.
Oxşar xəbərlər
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycan 2026-2029-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlarını açıqlayıb
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Maliyyə naziri: "Ötən il büdcə xərclərinin 40 %-i sosialyönümlü olub"
Sahil Babayev: "Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manat üstələyib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
