Hakan Fidan və Məhəmməd İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına çağırış ediblər
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər.
"Sizinxeber.az" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.
Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar.
"Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.
Deputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 held a telephone conversation with Foreign Minister of Türkiye @HakanFidan last night.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) June 11, 2026
They discussed the evolving regional situation and underscored the importance of dialogue, and restraint. Both… pic.twitter.com/g4rCzzhoSL
Oxşar xəbərlər
Pakistan və Türkiyənin XİN rəhbərləri regiondakı son hadisələri müzakirə ediblər
İshaq Dar ilə Bədr Abdel Ati Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə ediblər
Hakan Fidan pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
İshaq Dar və Van İ İranla ABŞ arasında dialoqun qurulması səylərini müzakirə ediblər
Pakistan və Mərakeşin XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
