"AzFina" rəsmisi: "Banklar, fintexlər və platformalar arasında rol bölgüsü dəyişməlidir"
Azərbaycanın maliyyə sektorunda rol bölgüsü dəyişməlidir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin ("AzFina") İdarə Heyətinin üzvü Rasim Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq demək olar hər bir təşkilat - banklar, sığorta şirkətləri və fintexlər, müştərinin davranışına uyğun məhsullar hazırlamağa çalışır: "Amma burada bir yanaşma xətası var. Problem ondadır ki, bir bank, fintex və ya sığorta şirkəti məhsul hazırlayanda eyni anda həm monitorinq aparmağa, həm araşdırmağa, məhsul yaratmağa, marketinq etməyə, həm də satış prosesini idarə etməyə çalışır. Nəticədə isə bir çox şeyi nəzərə almır. Xərclər artır, effektivlik azalır, müştəri təcrübəsi zəifləyir, innovasiya sürəti yavaşlayır. Çünki İT komanda paralel yüklənir və sonda ya məhsul uğursuz olur, ya da yarımçıq qalır".
R.Məmmədov qeyd edib ki, ən böyük problem isə budur ki, uğursuzluq qorxusu yaranır və bu, yeni təşəbbüslərin qarşısını alır: "Halbuki bunu açıq şəkildə qəbul etmək və düzgün model qurmaq lazımdır. Məncə, funksiyalar daha aydın bölünməlidir. Banklar və sığorta şirkətləri əsasən məhsul yaradılması və risklərin idarə olunması ilə məşğul olmalıdır. Fintexlər innovasiya və texnoloji həllərin hazırlanmasına fokuslanmalıdır. Ödəniş sistemləri sürət və dayanıqlılığı təmin etməlidir. Rəqəmsal platformalar isə əsasən müqayisə, "lead generation" və müştəri cəlbi funksiyasını yerinə yetirməlidir - yəni satışın bir hissəsini üzərlərinə götürməlidir. Belə olduqda həm yük bölünür, həm də sistem daha effektiv işləyir".
O, həmçinin qeyd edib ki, Azərbaycan bankları əsas fəaliyyətinə fokuslanmalıdır: "Hazırda maliyyə sektorunda kifayət qədər işlər gedir. Açıq bankçılıq formalaşıb və tətbiq olunur, "instant payment" sistemləri daha da genişlənir, süni intellekt isə gündən-günə həyatımızın bütün sahələrinə daxil olur. Bu kontekstdə iqtisadiyyatın daha səmərəli işləməsi üçün hamını cəlb edən, rəqabəti təşviq edən platforma əsaslı ekosistemlərin formalaşdırılması vacibdir."
"AzFina" rəsmisi tövsiyə edib ki, banklar öz əsas fəaliyyət istiqamətinə, yəni bank məhsullarına fokuslanmalıdır: "Fintexlər isə öz sahələrində inkişaf etməlidir. Ümumilikdə isə platformalar şəffaflığın və düzgün rəqabətin təmin olunması üçün daha çox rol oynamalıdır. Hər bir təşkilat öz əsas fəaliyyətinə fokuslanmalıdır. Hamısını bir yerdə icra etmək mümkün deyil. Bunu etməyə çalışmaq rəqabət qabiliyyətini azaldır və nəticədə inkişafı zəiflədir. Əgər ekosistemdə güclü tərəfdaş olmaq və rəqabət üstünlüyü qazanmaq istəyirsinizsə, satış platformalarını təqdim edən təşkilatlarla əməkdaşlığa üstünlük verilməlidir. Bütün yükü öz üzərinizə götürmək lazım deyil. Bu yanaşma sizi daha effektiv və gələcəkdə daha dayanıqlı inkişaf edən təşkilata çevirəcək".
Oxşar xəbərlər
Vüsal Qasımlı: "Fintexlər ənənəvi maliyyə modellərini sarsıdır"
AMB: Banklar və fintexlər arasındakı rəqabətin istiqamətini müştəri təyin edir
SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
“AzInTelecom” fintex şirkətlərini bir araya toplayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
