Vüsal Qasımlı: "Fintexlər ənənəvi maliyyə modellərini sarsıdır"
Maliyyə sektorunda baş verən köklü dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri şübhəsiz ki, fintex şirkətləridir.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
"Fintexlər sadəcə texnologiya tətbiq edən yeni startaplar deyil, həmçinin, ənənəvi maliyyə modellərini sarsıdan və yenidən formalaşdıran dəyişiklik mexanizmləridir Xarici ekspertlərin araşdırmalarına əsasən, qlobal fintex bazarının məbləği 2030-cu ildə 698,48 milyard ABŞ dollarına çatacaq. Bu, təsadüfi rəqəm deyil – bu, yeni dövrün reallığıdır. Bu proqnoz bizə onu göstərir ki, fintex sektoru artıq sadəcə maliyyə xidmətlərinin rəqəmsallaşması deyil, iqtisadi artımın aparıcı mühərrikinə çevrilməkdədir. O cümlədən, "McKinsey"nin son araşdırmalarına əsasən, İT liderlərinin 77 %-i süni intellektə investisiya qoyuluşu etməyi planlaşdırırlar. BCG-nin araşdırmalarına görə, bankçılıq və sığorta sektorunda hələ də 13 trilyon dollardan çox gəlir mövcuddur ki, bu da fintex üçün geniş potensial deməkdir. Bu isə, bizə açıq şəkildə göstərir ki, süni intellekti fəaliyyətinin mərkəzində tutan fintexlər, yaxın gələcəkdə aydın rəqabət üstünlüyü qazanacaqlar", - deyə o qeyd edib.
İcraçı direktorun sözlərinə görə, banklar bu innovasiyaları rəqib deyil, strateji tərəfdaşlıq imkanı kimi qiymətləndirməlidir: "Əminliklə söyləmək olar ki, “Bank-Fintex” əməkdaşlığı vasitəsilə həm xərclər azalır, həm də daha çevik və fərdiləşdirilmiş məhsullar təklif olunur. Bankların etimad, kapital və tənzimləyici təcrübə gücü ilə Fintex şirkətlərin çeviklik və innovasiya gücü birləşdikdə, ortaya hibrid və daha güclü maliyyə modelləri çıxır. Nəticə etibarilə, bir çox banklar özlərinin fintex qollarını yaradır və ya startaplarla əməkdaşlıq edir. Digər tərəfdən, fintex sektoru yalnız maliyyə texnologiyalarını deyil, bütün iqtisadi sistemin fəaliyyət prinsiplərini dəyişir. Bu transformasiyanı düzgün yönləndirmək üçün innovasiyaya açıq olmaqla yanaşı, tənzimləmə, etika və əməkdaşlıq balansını qorumaq vacibdir".
"Zənnimcə, bu sammit, yalnız bilik mübadiləsi üçün deyil, həm də real əməkdaşlıq və innovativ ideyaların birgə formalaşdırılması üçün mühüm platformadır və inanıram ki, summit iştirakçıları bu tədbirdən sonra da birgə çalışaraq maliyyə sektorunu daha rəqəmsal, daha inklüziv və daha təhlükəsiz etmək üçün birgə səylərini əsirgəməyəcəklər", - deyə V.Qasımlı çıxışını yekunlaşdırıb.
Oxşar xəbərlər
İİTKM: Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksinə görə reytinqini artırıb
Orxan Məmmədov: “Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır”
Bakıda “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
"PashaPay" "Bir" ekosistemini qlobal "Money20/20 Europe" tədbirində təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












