Nicat Mehbalıyev: "Şəfa"nın layihəsi məni daha çox inandırdı"
sizinxeber.az xəbər saytı

Nicat Mehbalıyev: "Şəfa"nın layihəsi məni daha çox inandırdı"


Nicat Mehbalıyev "Sabah"da az forma şansı qazandığına görə "Şəfa"ya keçib.

Bunu "Report"a açıqlamasında 25 yaşlı qolkiper özü deyib.

"Altı il "Sabah"ın şərəfini qorudum. Düzdür, bir il icarə əsasında "Qəbələ"də də oynadım və geri döndüm. Az şans qazandığım üçün dəyişiklik istəyirdim və daha çox şans qazana biləcəyim komandaya keçmək niyyətində idim. Başqa təkliflərim olsa da, "Şəfa"nın layihəsi məni daha çox inandırdı və dəvəti qəbul etdim. Düşünürəm ki, bu, yaxşı bir çağırışdır", - o bildirib.

N.Mehbalıyev klubun hədəflərindən danışıb:

"Komanda yenidir və bu il Premyer Liqaya yüksəlib. Yəqin ki, toplanış başlayanda rəhbərlik və baş məşqçi hədəfləri heyətə çatdıracaq. Fikrimcə, növbəti il üçün minimum hədəf liqada qalmaq, bacarsaq, həm də avrokuboklar uğrunda mübarizə aparmaq olacaq. Əvvəlki klubum "Sabah" hər cəhətdən ölkənin brend komandalarından idi. İstər sərgilədiyi futbol, istər hədəfləri, istərsə də infrastrukturu çox yaxşı idi. Zaman keçdikcə "Şəfa"nın da istənilən səviyyəyə çatacağına inanıram. Düzgün iş görüləndən sonra istədiyimiz yerdə ola bilərik".

Təcrübəli qapıçı keçmiş klublarında qazandığı təcrübənin faydalı olacağını düşünür:

"Karyeram ərzində "Qarabağ", "Sumqayıt", "Qəbələ" və "İnter"də çox şey öyrənmişəm. Qazandığım təcrübənin "Şəfa"da mənə həm insan, həm də futbolçu kimi çox kömək edəcəyini düşünürəm. İdman rəqabət üzərində qurulub. Rəqabət yoxdursa, inkişaf da olmaz. Komandadakı digər qapıçılarla həm futbolçu, həm də bir qardaş kimi əl-ələ verib çalışacağıq. Məqsədimiz komandanı zirvələrə qaldırmaqdır. İdman prinsiplərinə əsaslanan rəqabətə hər zaman hazıram".

Qeyd edək ki, Nicat Mehbalıyev bir neçə gün öncə "Şəfa" ilə 1 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Qəbələ"nin futbolçusu: "Ümid edirəm ki, tezliklə Premyer Liqada oynamağa hazır olacam"
"Şəfa" Arsen Ağcabəyovu heyətinə qatdığını açıqlayıb
“Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdır”
“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim”
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər