Belarus Əmtəə Birjası Azərbaycanın süni intellekt həlləri provayderi ilə əməkdaşlıq edəcək
Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın süni intellekt əsaslı avtomatlaşdırma sistemləri hazırlayan “Aigen Solutions MMC” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
“Belta” xəbər verir ki, sənədi Belarus Universal Əmtəə Birjası İdarə Heyəti sədrinin birinci müavini Olqa Qorelik və “Aigen Solutions” şirkətinin direktoru İsmayıl Məmmədli imzalayıb.
Mərasim Azərbaycan işgüzar dairələrinin Belarus Universal Əmtəə Birjasına səfəri çərçivəsində keçirilib.
Memoranduma əsasən, tərəflər birja ticarətinin təşkili və keçirilməsi ilə bağlı biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün süni intellekt texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı inkişaf etdirəcək.
Əsas istiqamətlərdən biri süni intellekt həllərinin Belarus Universal Əmtəə Birjasının infrastrukturuna və əməliyyat fəaliyyətinə inteqrasiyası olacaq. Bu, böyük həcmli məlumatların analizinin, bazar tendensiyalarının proqnozlaşdırılmasının və risklərin idarə olunmasının avtomatlaşdırılmasına imkan verəcək.
Tərəflər həmçinin ticarət sahəsində rəqəmsal texnologiyaların tətbiqi üzrə mütəmadi məsləhətləşmələr aparmaq, təcrübə mübadiləsi etmək və birja fəaliyyətində süni intellekt həllərinin sınaqdan keçirilməsi üçün birgə layihələr həyata keçirmək niyyətindədir.
“Süni intellekt sistemlərinin tətbiqi texnoloji trendə uyğunlaşmaq deyil, müasir birja üçün obyektiv zərurətdir. Bu cür həllər bazar məlumatlarının analizinin dəqiqliyini artırmağa, ticarət proseslərini optimallaşdırmağa və əməliyyat risklərini minimuma endirməyə imkan verir”, - Olqa Qorelik bildirib.
“Aigen Solutions” şirkətinin direktoru İsmayıl Məmmədli isə öz növbəsində qabaqcıl süni intellekt texnologiyalarını birja ticarətinin real vəzifələrinə uyğunlaşdırılmasının müştərilər üçün faydalı olacağını bildirib: “Belarus Universal Əmtəə Birjası ilə tərəfdaşlıq sayəsində qabaqcıl süni intellekt texnologiyalarını birja ticarətinin real vəzifələrinə uyğunlaşdıra biləcəyik. Əminəm ki, birgə fəaliyyətimizin nəticəsi həm birja, həm də onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün praktik fayda verəcək çevik və miqyaslana bilən rəqəmsal həllər olacaq”.
Hazırda Belarus Universal Əmtəə Birjasında Azərbaycanın 218 rezidenti akkreditasiyadan keçib. 2026-cı ilin ilk beş ayının nəticələrinə görə, Belarus və Azərbaycan arasında birja ticarət dövriyyəsi 15 faiz artaraq 48 milyon dollara çatıb.
Oxşar xəbərlər
Belarus Əmtəə Birjası Azərbaycan pambığını almaq niyyətindədir
AZPROMO: Azərbaycandan Belarusa ixracın artırılmasına ehtiyac var
Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir
Belarus Azərbaycanı İrandan metal məhsullarının tranziti üçün tərəfdaş kimi nəzərdən keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Tramp: İran artıq nüvə silahı istehsal etməyəcəyinə razılaşıb
