Aİ Kosmin George Dineskunu Ermənistandakı yeni missiyasının rəhbəri təyin edib
Avropa İttifaqı (Aİ) Şurası Kosmin George Dineskunu Aİ-nin Ermənistanda yeni yaradılmış Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) rəhbəri təyin edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Onun mandatı bir il müddətinə nəzərdə tutulub və 2026-cı il iyunun 11-də qüvvəyə minir. Qərar Aİ-nin Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib.
Xatırladaq ki, "EUPM Armenia" Ermənistan hakimiyyətinin sorğusu əsasında 2026-cı il aprelin 26-da iki il müddətinə yaradılıb. Missiyanın əsas məqsədi ölkənin dayanıqlığını gücləndirmək və böhranların idarə edilməsi sahəsində imkanlarını inkişaf etdirməkdir.
Missiya strateji və operativ məsləhətlər verməklə, Ermənistana kiberhücumlara, xarici informasiya manipulyasiyası və müdaxiləsinə, eləcə də qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizədə dəstək göstərəcək.
Kosmin Dinesku beynəlxalq münasibətlər sahəsində 25 ildən artıq təcrübəyə malik səfir rütbəli rumıniyalı diplomatdır. O, əvvəllər Rumıniya Xarici İşlər Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb, həmçinin ölkəsinin Litva, Latviya və Xorvatiyada səfiri olub.
Yeni təyinatına qədər üç il Aİ-nin Moldovadakı Tərəfdaşlıq Missiyasına (EUPM Moldova) rəhbərlik edib və burada böhranların idarə olunmasını dəstəkləməyə və hibrid təhdidlərə qarşı mübarizəyə yönəlmiş Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Aİ-nin ilk mülki missiyasının yaradılmasına başçılıq edib.
Oxşar xəbərlər
Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üzrə missiyanın göndərilməsini təsdiqləyib
Aİ hibrid təhdidlərə qarşı mübarizə missiyasının Ermənistana göndəriləcəyini təsdiqləyib
Aİ səfirləri Ermənistanda müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyib - YENİLƏNİB
XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır
Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
