Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb
sizinxeber.az xəbər saytı

Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb


Lənkəranda avtomobilin kanala aşması nəticəsində bir nəfər ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonunun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ağaca çırpılıb.

Qəza nəticəsində o, hadisə yerində ölüb. Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, sürücünün sükan arxasında ürəyi tutub və avtomobil idarəetmədən çıxaraq aşıb.

Ölümün dəqiq səbəbləri isə ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda avtomobil kanala aşıb, ölən var
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var
Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb, sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər