Azərbaycanda vergi qanunvericiliyinə "fintex" anlayışı daxil edilə bilər
Azərbaycanda vergi qanunvericiliyinə "fintex" anlayışının daxil edilməsi müzakirə edilib.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, müzakirələr DVX-nin Vergi siyasəti baş idarəsi ilə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin üzvləri arasında görüşdə aparılıb.
Görüşdə bildirilib ki, sahibkarlıq assosiasiyaları ilə keçirilən görüşlər biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı fintex şirkətlərinin nümayəndələri sektorda mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verərək sahənin inkişafı üçün əhəmiyyətli hesab etdikləri təklifləri səsləndiriblər. Müzakirələr zamanı "Fintex" anlayışının qanunvericilikdə təsbiti, eləcə də ödəniş və maliyyə xidmətləri ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub.
Oxşar xəbərlər
Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi müzakirə edilib
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan BOKT-ları vergi azadolmalarına dair təkliflər irəli sürüb
Azərbaycan fintexlərinin I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
