Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır
sizinxeber.az xəbər saytı

Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır


Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən bildirib.

"Yaxın günlərdə biz Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq qoşulma prosesinin növbəti mərhələsinə - danışıqların rəsmi başlanmasına qapı açır", - o bildirib.

Fon der Lyayen qeyd edib ki, Ukrayna davam edən müharibəyə və üzləşdiyi çətinliklərə baxmayaraq, Aİ-nin tələblərini yerinə yetirməyə davam edir.

"Ukrayna şəhərlərinin hücumlara məruz qalmasına baxmayaraq, islahat ardınca islahat həyata keçirir. Ukrayna işin öz üzərinə düşən hissəsini yerinə yetirib", - Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzvlük yolunda Ukraynaya dəstəyini davam etdirməyə hazırdır.

"İndi bizim də öz üzərimizə düşəni yerinə yetirməyimizin vaxtı çatıb. Bunu etmək üçün tarixi imkanımız var", - fon der Lyayen bildirib.

Oxşar xəbərlər

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Aİ Ukrayna ilə üzvlük danışıqlarının birinci mərhələsinə 2025-ci ildə başlamaq niyyətindədir
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Ursula fon der Lyayen: Avropa İttifaqı öz təhlükəsizliyinə investisiyaları artırmalıdır
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər