Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tur təşkil olunub
Azərbaycan nümayəndə heyəti və media mənsubları üçün Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tanışlıq üçün tur təşkil olunub.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin əməkdaşları mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Orxan Fikrətoğlu və digər qonaqlara kompleks barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, 1998-ci ildə yaradılan muzey kompleksi Türkmənistan Tarix Muzeyi, Diyarşünaslıq Muzeyi və Prezident Muzeyini özündə birləşdirir.
Ümumi ərazisi 16 hektar olan kompleks 9 günbəzli memarlıq üslubunda Türkiyədən olan memar tərəfindən layihələndirilib.
Muzeyin dörd mərtəbədən ibarət olduğu, birinci və ikinci mərtəbələrində ekspozisiya zallarının yerləşdiyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, muzeydə Türkmənistanın qədim dövrlərdən müasir dövrə qədər uzanan tarixini əks etdirən 162 mindən çox eksponat qorunur.
Ekspozisiyada eramızdan əvvəl III–IV əsrlərə aid tarixi nümunələr nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı isə eramızdan əvvəl VII minilliyə aid arxeoloji tapıntı hesab olunur.
Kompleksdə minlərlə xalça nümunəsi, qədim məişət əşyaları, arxeoloji tapıntılar, etnoqrafik materiallar və dövlətçilik tarixini əks etdirən eksponatlar sərgilənir.
Muzey ölkənin tarixi, mədəniyyəti və milli irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ziyarətçilər üçün açılışına hazırlıq gedir
Berdiməhəmmədovun qızı Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
Türkmənistanda Azərbaycan Milli İncəsənət və Milli Xalça muzeylərinin xüsusi sərgisi nümayiş olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
