Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var


Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kartaxena şəhərində gəmiqayırma zavodunda təmir işləri aparılan yük gəmisində baş verib.

Məlumata görə, partlayış nəticəsində daha on bir nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb, vəziyyətləri ağırdır.

Regional Səhiyyə İdarəsi bildirib ki, partlayışın səbəbi məlum deyil.

Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım əməkdaşları, mülki müdafiə və risklərin idarə edilməsi bölmələrinin əməkdaşları cəlb olunub.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Oxşar xəbərlər

Suriyada partlayış olub, ölən və xəsarət alanlar var
Nyu-Yorkda barjada yanğın və partlayış baş verib, 16 nəfər xəsarət alıb
İstanbulda partlayış olub, yaralananlar var
Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var
Mayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər