Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
17:30
ff aaaaaaa

Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək

10 in, 2026
17:30
884

Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək

Avropa İttifaqı Şurası və Avropa Parlamenti silah alışını, müdafiə layihələrini və Avropa istehsalçıları arasında əməkdaşlığı sürətləndirəcək yeni sadələşdirilmiş qaydalarla bağlı ilkin razılığa gəlib.

"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi xəbərə görə, razılaşma silah alışı və icazələrin verilməsi zamanı bürokratik prosedurları azaltmağa, müdafiə məhsullarının Aİ ölkələri arasında daşınmasını sadələşdirməyə və birgə satınalma imkanlarını genişləndirməyə şərait yaradacaq.

Əsas dəyişikliklərdən biri müdafiə layihələri üçün icazələrin verilmə müddətinin 102 iş günü ilə məhdudlaşdırılması olacaq.

Yeni qaydaların Aİ ölkələrinə müdafiə layihələrini daha tez başlatmağa, satınalmaları bir-biri ilə daha asanlıqla koordinasiya etməyə və qərarların qəbulundan silah və hərbi texnikanın tədarükünə qədər olan müddəti qısaltmağa kömək edəcək. Bununla da 2030-cu ilə qədər Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi planlarına nail olmaq nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul