Kasilyas infarkta görə "Porto"dan 3,7 milyon avro təzminat tələb edir
İspaniya milli futbol komandasının üzvü, dünya və Avropa çempionu İker Kasilyas Portuqaliyanın "Porto" klubuna qarşı qismən əlillik səbəbindən təzminat tələb edən məhkəmə iddiası qaldırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "As" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kasilyas Portuqaliya məhkəməsində sağlamlığa dəyən ziyana və idman karyerasına məcburi son qoymasına görə 3,7 milyon avro təzminat tələb edən iddia qaldırıb. Keçmiş futbolçunun sözlərinə görə, "Porto"nun həkimi onu səhvən ürək probleminin həll olunduğuna inandırıb.
Kasilyas həmçinin infarktın Portuqaliya komandası ilə məşq zamanı həddindən artıq fiziki gərginlikdən qaynaqlandığını da irəli sürüb.
Qeyd edək ki, 45 yaşlı Kasilyas 2015-ci ildə "Real Madrid"dən "Porto"ya keçib. O, "Real"la beş İspaniya titulunu, iki dəfə Kral Kubokunu və UEFA Super Kubokunu, dörd dəfə İspaniya Super Kubokunu, üç dəfə Çempionlar Liqasını və FİFA Klublararası Dünya Kubokunu qazanıb.
O, FİFA-nın "İlin Qapıçısı" mükafatının beşqat qalibidir (2008-2012).
Oxşar xəbərlər
"Barselona" tarixində 100-cü kubokunu qazanıb
Portuqaliya millisinin hücumçusu İtaliya klubuna keçəcək
"Mançester Yunayted" Portuqaliya klubunun futbolçusunu transfer etmək istəyir
“Nasional”- “Porto” matçı duman səbəbindən ləğv edilib
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
