Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA


Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.

Oxşar xəbərlər

FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağış yağır
Bəzi rayonlara leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA
İntensiv yağıntı müşahidə edilir - Faktiki hava
FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir
Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər