Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO
“Ulduz” jurnalının baş redaktoru, şair-yazıçı Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.
O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.
Müəllifin sözlərinə görə, kitabda Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tanınmış şəxsiyyətlər haqqında esselər yer alıb və nəşr müxtəlif mövzuları əhatə edən kiçik həcmli yazılardan ibarətdir.
Xalq yazıçısı Çingiz Abdullayev bu kitabın çoxsaylı oxucular tərəfindən maraqla qarşılanacağına inandığını deyib.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib ki, Qulu Ağsəs peşəkar redaktor olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malikdir.
Tədbirdə çıxış edən professor Sevinc Əliyeva kitabda Azərbaycan dilinin ifadə imkanları, rəngarəngliyi və bədii gücünün aydın şəkildə əks olunduğunu diqqətə çatdırıb. O, həmçinin, Qulu Ağsəsin şeirlərinə məktəb dərsliklərində də yer verilməsinin məqsədəuyğun olacağını bildirib.
Tədbirdə çıxış edənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıb, kitabın geniş oxucu auditoriyası qazanacağına əminliklərini ifadə ediblər.
Oxşar xəbərlər
Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub
Türkiyənin "Gənc ürəklər" jurnalının Azərbaycan ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı keçirilib
Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib - FOTO
Əlcəzairdə Qarabağ müharibəsi və Prezident İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edilib
“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
