AMB: Fırıldaqçılıq əməliyyatlarında kəskin artım var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
11:00
ff aaaaaaa

AMB: Fırıldaqçılıq əməliyyatlarında kəskin artım var

10 in, 2026
11:00
793

AMB: Fırıldaqçılıq əməliyyatlarında kəskin artım var

Ölkədaxili fırıldaqçılıq əməliyyatlarında kəskin artım müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma dərinləşdikcə, bankların və ödəniş təşkilatlarının biznes portfeli genişləndikcə fırıldaqçılıq halları da artmağa davam edir:

"Ötən ilin ilk iki rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fırıldaqçılıq istiqamətində kəskin artım qeydə alınıb. Müşahidə olunan tendensiya ölkəxarici fırıldaqçılıq əməliyyatlarında məbləğin nisbətən aşağı, əməliyyat sayının isə daha yüksək olduğunu göstərir. Bu kateqoriyada əsasən kartın fiziki iştirakı olmadan həyata keçirilən elektron ticarət ("e-commerce") əməliyyatları üstünlük təşkil edir. Nəticədə belə fırıldaqçılıq halları say baxımından çox olsa da, məbləğ baxımından nisbətən kiçik olur".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul