Zakir Fərəcov növbəti səyyar qəbul keçirib
Sumqayıt şəhərində vətəndaş müraciətlərinin operativ həlli, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və onların təkliflərinin dinlənilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul keçirib.
Sizinxeber.az xəbər verir ki, 13-cü mikrorayon ərazisində təşkil olunan qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və sakinlər iştirak ediblər.
Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla müntəzəm görüşlərin və səyyar qəbulların keçirilməsi əhalini narahat edən məsələlərin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib
Zakir Fərəcov vətəndaşları qəbul edib
Zakir Fərəcov sakinlərin müraciətlərini yerində dinləyib
Sumqayıtda səyyar qəbullar davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
