Zakir Fərəcov sakinlərin müraciətlərini yerində dinləyib
Avqustun 15-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə 4-cü mikrorayonda sakinlərlə növbəti səyyar qəbul-görüş təşkil olunub. Görüşün əsas məqsədi vətəndaşların müraciətlərini yerində dinləmək, mövcud sosial, infrastruktur və məişət problemlərini operativ şəkildə araşdıraraq həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirmək olub.
Bu barədə Sizinxeber.az-ya Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, şəhərdə fəaliyyət göstərən müvafiq xidmət sahələrinin və idarələrin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq xidməti, səhiyyə, təhsil, sosial müdafiə orqanlarının nümayəndələri də iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətlər, təkliflər və problemlər diqqətlə dinlənilib. Zakir Fərəcov hər bir müraciətə fərdi qaydada yanaşaraq, operativ həllini tələb edən məsələlərin dərhal icrası üçün aidiyyəti qurumlara yerində tapşırıqlar verib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə məsul strukturların icraatına yönləndirilib və icrasına ciddi nəzarət olunacağı bildirilib.
İcra başçısı sakinləri əmin edib ki, qaldırılan bütün məsələlər diqqət mərkəzində saxlanılacaq, onların həlli üçün zəruri addımlar atılacaq. Görüş çərçivəsində həmçinin şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq layihələri, müasir infrastrukturun formalaşdırılması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq təşkil olunan bu kimi səyyar görüşlər şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi, onların gündəlik həyatında üzləşdikləri çətinliklərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir.
Oxşar xəbərlər
Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Fərəcov sakinlərlə növbəti səyyar qəbul keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Fərəcov vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












