AMB: Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
12:00
0
0
1 013
ff aaaaaaa

AMB: Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur

09 in, 2026
12:00
1 013

AMB: Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur

Kartdan karta ödənişlər üzrə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən rüsum nəzərdə tutulmur.

"Report" xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kartdan karta ödənişlərlə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rüsum nəzərdə tutulmur: "AMB tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər".

O bildirib ki, hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul