"Visa": Azərbaycanda biometrik texnologiyaların tətbiqi genişlənəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
12:00
0
0
1 136
ff aaaaaaa

"Visa": Azərbaycanda biometrik texnologiyaların tətbiqi genişlənəcək

10 in, 2026
12:00
1 136

"Visa": Azərbaycanda biometrik texnologiyaların tətbiqi genişlənəcək

Azərbaycanda biometrik texnologiyaların tətbiqi genişlənəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Visa" beynəlxalq ödəniş şirkətinin Maliyyə Sektoru üzrə Regional Biznesin İnkişafı direktoru Adilxan Mukazxano Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, süni intellekt və biometrik həllər artıq Qazaxıstanla yanaşı Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistan kimi ölkələrdə də maliyyə sektorunun transformasiyasını sürətləndirən əsas texnologiyalardan birinə çevrilir: "Biometriya regionda rəqəmsal transformasiyanın ən vacib elementlərindən biridir. Bu texnologiyalar maliyyə təşkilatlarına müştəri xidmətlərini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa və dələduzluq risklərini azaltmağa imkan verir. Maliyyə sektorunda biometrik identifikasiya müştərilərin uzaqdan tanınması, hesabların açılması, əməliyyatların təsdiqlənməsi və bank xidmətlərinə çıxışın sadələşdirilməsi baxımından geniş imkanlar yaradır".

A. Mukazxano bildirib ki, region ölkələrində olduğu kimi, Azərbaycanda da banklar və digər maliyyə institutları süni intellekt və biometrik texnologiyalara marağı artırır: "Bu həllər həm müştəri təcrübəsinin yaxşılaşdırılmasına, həm də maliyyə əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Yaxın illərdə biometrik texnologiyaların tətbiq dairəsi daha da genişlənəcək və onlar maliyyə sektorunda əsas rəqəmsal alətlərdən birinə çevriləcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul