ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib


ABŞ administrasiyası Belarus, Honkonq, Çin və İrandan olan 12 şirkətə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH), daşınabilən hava hücumundan müdafiə sistemləri (MANPADS) ilə təchiz etmək ittihamı ilə sanksiyalar tətbiq edib və ya mövcud sanksiyaları genişləndirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilib.

ABŞ Maliyyə Nazirliyi iki İran vətəndaşına, dörd Çin vətəndaşına, üç Honkonqdan və bir Çin materikindən olan şirkətə sanksiyalar tətbiq edib.

Bundan əlavə, mövcud sanksiyalar bir İran və iki Belarus vətəndaşı, həmçinin, İrandan olan şirkət üçün genişləndirilib.

ABŞ hökumətinin məlumatına görə, MANPADS Çindən İrana ötürülüb və vasitəçi kimi də Belarus şirkəti istifadə edilib.

Oxşar xəbərlər

ABŞ üç İran vətəndaşına və doqquz şirkətə sanksiya tətbiq edib
Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib
ABŞ Çin şirkəti və 30 tankerə qarşı sanksiyalar tətbiq edib
Aİ İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər