Sumqayıtda səyyar qəbullar davam edir
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu 13-cü mikrorayon ərazisində keçirilib.
APA xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin binasında baş tutan görüşdə Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər təklif və şikayətlərini şəhər rəhbərinə çatdırıblar.
Görüşdə qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib
Zakir Fərəcov vətəndaşları qəbul edib
Gəncədə sakinlərlə səyyar görüş keçirilib
Zakir Fərəcov universitetlərə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
