FHN Bakı Türk Anadolu Liseyində təlim keçirib - VİDEO
sizinxeber.az xəbər saytı

FHN Bakı Türk Anadolu Liseyində təlim keçirib - VİDEO


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən liseyin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra liseyin köçürmə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Oxşar xəbərlər

FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
FHN Lənkəranda yanğın-taktiki təlim keçirib - VİDEO
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər