Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərinin müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bəyan edib.
"Report"un Türküstana ezam olunmuş müxbirinin məlumatına görə, o bunu Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində bildirib.
"Fələstin, Livan, İran, Ukrayna və digər böhran nöqtələrində baş verən hadisələr müdafiə qabiliyyətimizin gücləndirilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə işarə edir. Türkiyə müdafiə sənayesi sahəsində topladığı və yüksək texnologiyalara əsaslanan təcrübəsini təşkilatın üzv dövlətləri ilə bölüşməyə hazırdır", - deyə o bildirib.
Ərdoğan həmçinin "TDT+" formatının tezliklə işə salınmasının lehinə çıxıb və Türk dünyasını birləşdirən nəqliyyat layihələrinin, o cümlədən Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.
"Türk dünyasını birləşdirən nəqliyyat layihələri, ilk növbədə Orta Dəhliz, bundan sonra da prioritetimiz olaraq qalacaq", - Ərdoğan vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: TDT sammitinin iştirakçıları türk dünyasını qorumaq əzmindədir
Ərdoğan: Türk İnvestisiya Fondunun tezliklə layihələrə dəstək verəcəyinə əminəm
Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Cənubi Qafqazda sülhə və sabitliyə səmimi töhfə verməyə çalışır"
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Ərdoğan: “Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nin xüsusi nümayəndəsi ola bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
