FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının da cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Oxşar xəbərlər
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN 20 nömrəli məktəb-liseydə təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












