Afrikada Ebola həyəcanı: 65 nəfər öldü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
14:13
0
0
1 424
ff aaaaaaa

Afrikada Ebola həyəcanı: 65 nəfər öldü

16 may, 2026
14:13
1 424

Afrikada Ebola həyəcanı: 65 nəfər öldü

Afrikada Ebola virusunun yayılması narahatlıq yaradıb. Konqo Demokratik Respublikasında yüzlərlə yoluxma qeydə alınıb, onlarla insan həyatını itirib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Konqo Demokratik Respublikasında 246 Ebola yoluxması aşkarlanıb, 65 nəfər ölüb. Uqandanın paytaxtı Kampalada da virus səbəbindən 1 nəfərin öldüyü bildirilib. Cənubi Sudan isə sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın qarşısını almaq üçün Konqoya 500 min dollar təcili yardım ayrıldığını açıqlayıb.

Qeyd edək ki, Ebola yüksək ölüm riski yaradan təhlükəli yoluxucu xəstəlikdir və ilk dəfə 1976-cı ildə Sudan və Konqoda aşkarlanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul