Con Uolles: Azərbaycanın Avropaya çıxışı enerji təhlükəsizliyi baxımından üstünlük yaradır
sizinxeber.az xəbər saytı

Con Uolles: Azərbaycanın Avropaya çıxışı enerji təhlükəsizliyi baxımından üstünlük yaradır


Qlobal enerji bazarında təhlükəsizlik amilinin ön plana çıxması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumu çərçivəsində keçirilən “Baş İcraçı Direktorla Eksklüziv Müsahibə” sessiyasında DeGolyer and MacNaughton şirkətinin İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Con Uolles deyib.

Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə enerji təhlükəsizliyi hökumətlər və investorlar üçün əsas prioritetlərdən birinə çevrilib.

Con Uolles bildirib ki, Hörmüz boğazında yaşanan problemlər enerji ixrac marşrutlarının şaxələndirilməsini və yeni nəqliyyat infrastrukturunun yaradılmasını sürətləndirə bilər.

“Ölkələr və şirkətlər mövcud problemləri aradan qaldırmaq üçün yeni nəqliyyat sistemlərinin yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Boru kəməri layihələrinin sayının artacağını düşünürəm”, – deyə o qeyd edib.

DeGolyer and MacNaughton rəhbərinin fikrincə, bu proses Azərbaycanın xeyrinə işləyə bilər.

“Azərbaycanın Avropa ilə bağlantısı var. Bu, enerji təhlükəsizliyi və təchizatın etibarlılığı baxımından mühüm üstünlük yaradır”, – deyə Con Uolles vurğulayıb.

Onun sözlərinə görə, qarşıdakı 5-10 ildə qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının işlənməsi enerji sənayesinin əsas istiqamətlərindən biri olacaq.

Con Uolles qeyd edib ki, bu sahədə texnologiyalar artıq mövcuddur və əsas məsələ investisiya mühiti, idarəetmə və şəffaflığın təmin edilməsidir.

Oxşar xəbərlər

Con Uolles: Azərbaycanın neft-qaz sektorunda yeni kəşflər üçün böyük potensial var
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Nazir: Qlobal böhran göstərdi ki, bu gün əsas prioritet təhlükəsiz və etibarlı enerji təminatıdır
Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər