Zelenski İlham Əliyevə Ukraynaya göstərilən humanitar və enerji yardımına görə minnətdarlıq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinə göstərilən humanitar və enerji yardımı, eləcə də digər dəstəyə görə minnətdarlıq edib.
"Sizinxeber.az" xəbər verir ki, Volodimir Zelenski Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubunda minnətdarlığını ifadə edib.
"Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası olaraq qalacaq", - V.Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Volodimir Zelenski Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
